İrkutsk vilayətində "Rosqvardiya" xüsusi təyinatlıları OMON və SOBR ilə birlikdə qeyri-qanuni miqrantlara qarşı “Qanunsuz” adlı əməliyyat keçirib. 

"Unikal" xəbər verir ki, bu barədə "Rosqvardiya"nın mətbuat xidməti məlumat yayıb. 

"Nəticədə miqrasiya qanunlarını pozan 200-dən çox immiqrant və qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olan 50-yə yaxın işəgötürən müəyyən edilib.

Xarici vətəndaşların miqrasiya məqsədilə qondarma qeydiyyata alınması faktları üzrə 8 cinayət işi açılıb. Bundan əlavə, 20 qeyri-qanuni mühacir barəsində Rusiyadan deportasiya ilə bağlı sərəncamlar verilib", - deyə məlumatda qeyd olunub. 

Saxlanılanlar arasında azərbaycanlıların oub-olmadığı hələlik məlum deyil. 

Ağarza Elçinoğlu