Ukrayna lideri Volodimir Zelenski Danimarkaya səfər edib.

"Unikal" xəbər verir ki, bu barədə "RBC-Ukrayna" məlumat yayıb.

Bildirək ki,  Danimarka Avropa İttifaqı Şurasına sədrlik edir.  Zelenski ölkənin Şuraya sədrliyinin rəsmi açılış mərasimi üçün Orqusa gedib. Tədbirdə Danimarkanın Baş naziri Mette Frederiksen, Kral Frederik X və Avropa Komissiyasının sədri Ursula fon der Leyen də iştirak edəcək.