Təyyarə təcili eniş edib.
Unikal.org xarici Kivə-ə istinadən xəbər verir ki, hadisə Latviyanın paytaxtı Riqada baş verib.
Belə ki, "AirBaltic" aviaşirkətinə aid təyyarə yüksək təhlükəsizlik tədbirləri səbəbilə Riqa beynəlxalq hava limanına təcili eniş etməli olub.
Bundan əlavə həmin səbəb üzündən bir müddətlik bütün təyyarələr eniş üçün digər aeroportlara yönləndirilir.
Verilən ilkin məlumata görə, təyyarənin hava limanından uçmasından sonra onun ön şassilərində nasazlıq yaranıb. Bu səbəbdən heyət bütün təhlükəsizlik tədbirlərini nəzərə alaraq yenidən aeroporta geri qayıtmalı olublar.
Qeyd edək ki, təyyarə Riqa-Sürix marşrutu üzrə reys həyata keçirirmiş. "AirBaltic" şirkətindən verilən məlumata görə, təyyarənin göyərtəsində ikisi uşaq, biri körpə olmaqla 63 sərnişin və dörd heyət üzvü olub.