Tanınmış politoliq, sabiq milli təhlükəsizlik zabiti Ərəstun Oruclu ABŞ-a köçüb.
Unikal.org Musavat.com-a istinadla xəbər verir ki, bu barədə politoloqun özü sosial şəbəkədə məlumat yayıb. Bəzi işlər səbəbindən ölkəni bir müddət tərk etməli olduğunu yazan politoloq mediadan və sosial şəbəkədən bir müddət kənar duracağını da bildirib:
"ABŞ-da olacağım müddətdə yerli araşdırma mərkəzlərinin birində bəzi mövzular üzərində işləməyi planlaşdırıram. Odur ki, qarşıdakı qısa zamanda işlərimin yetərincə intensiv olacağını nəzərə alaraq, Feysbuk profilimi müvəqqəti bağlamalı olacağam. Ölkə xaricində olduğum müddətdə Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı heç bir şey yazmayacağam və bunun da səbəbi çox sadədir: düşünürəm ki, hər hansı toplumla bağlı sözünü demək üçün ilk növbədə onun içində olmaq vacibdir. Ən azı mənim üçün bu, sözlərinə, əməllərinə görə şəxsi məsuliyyət məsələsidir. Hər halda, ölkə daxilində olduğum müddətdə daim sözümü deməyə çalışmışam və belə də davam edəcəyəm. Hamınıza uğur, ailə səadəti, xoşbəxtlik arzulayıram! Yaxın zamanlarda görüşmək üzrə.
P.S: Vaxt qıtlığı səbəbindən bir çox şərhlərə və suallara cavab verə bilmirəm. Odur ki, üzürlü sayın. Bu andan etibarən ölkəyə qayıdacağım günədək media ilə də bütün əlaqələrimə fasilə verirəm.