İki qat Azərbaycan çempionu  Elmir Cəlilovu Gəncədə odlu silahla qətlə yetirən şəxs saxlanılıb.

Unikal.org APA-ya istinadən verdiyi məlumata görə, fevralın 20-də axşam saatlarında şəhər sakini, 1984-cü il təvəllüdlü Elmir Cəlilovu odlu silahla qətlə yetirən şəxs 1984-cü il təvəllüdlü Anar Tağıyevdir. 

O, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilir. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

Xatırladaq ki, ötən gün axşam saatlarında Gəncə şəhərində güllələnərək qətlə yetirilən şəhər sakini Elmir Cəlilov barədə bəzi təfərrüatlar məlum olub. Öldürülən 1984-cü il təvəllüdlü E. Cəlilov öz avtomobilində güllələnib. 

O, Azərbaycan Kikboksinq Federasiyasının üzvü və iki qat Azərbaycan çempionu olub.