Dünya bazarında neft bahalaşır.
Unikal.org APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,47 dollar artaraq 45,81 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,45 dollar artaraq 47,28 dollar olub.
Neftin bahalaşmasına ABŞ-da xam neft ehtiyatlarının azalması ilə bağlı xəbərlər səbəb olub. Belə ki, ABŞ-ın Energetika Nazirliyinin açıqladığı statistikaya əsasən, 6,2 mln. barel azalaraq 504,6 mln. barelə düşüb. Bu, fevralın 12-dən bəri ən aşağı göstəricidir. Bununla yanaşı, neft ehtiyatlarının həcmi ötən ilin eyni dövründəkindən 11% yüksəkdir.