ABŞ Milli Qvardiyası etiraz aksiyalarının davam etdiyi Şarlot şəhərinə daxil olub.
Unikal.org xəbər verir ki, etiraz aksiyaları qaradərili vətəndaşın polis tərəfindən güllələnməsindən sonra başlayıb.
Məlumata görə, 4 polis xəsarət alıb. Güllə yarası alan bir vətəndaş isə xəstəxanaya yerləşdirilib.
Yüz nəfərin iştirakı ilə başlayan etiraz aksiyası gedikcə böyüyüb. Polis etirazçıları dağıtmaq üçün göz yaşardıcı qazdan istifadə edib.
Şəhərdə fövqəladə vəziyyət elan edilib.