Türkiyəli müğənni Ebru Gündeşin 22 martdan etibarən ABŞ-da həbsdə olan iranlı biznesmen həyat yoldaşı Rza Zərrabdan boşanma qərarı alıb.
Unikal.org-un Axşam.az-a istinadən məlumatına görə, xəbəri Zərrab vəkili vasitəsiylə yayıb.
E.Gündeş Boşanması ilə bağlı bu açıqlamanı verib:
"Rza bəy lazım olan məlumatı yayıb. Boşanma qərarı verdiyim doğrudur".
Qeyd edək ki, 2010-cu ildə evlənən cütlüyün 5 yaşında Alara adlı bir qızı var.