Konqo Demokratik Respublikasının Beni şəhərində sərxoş əsgərin açdığı atəşdən sonra yaşanan izdiham nəticəsində 13 nəfər ölüb.
Unikal.org-un "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, Beni şəhərinin meri Edmond Noni deyib ki, hər şey mülki geyimdə olan əsgərin 4 dəfə atəş açması ilə başlayıb.
İnsanlar vahiməyə düşərək qaçmağa başlayıblar və nəticədə 13 nəfər ölüb.