Türkiyədə FETÖ (Fətullahçı terror təşkilatı) istintaqı ilə şübhəli şəxs kimi saxlanılıb şərti azadlığa buraxılan keçmiş Vaşinqton Silahlı Qüvvələrinin attaşesi, general Yavuz Çelik məhkəmə qarşısına çıxarılıb.
Unikal.org xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Məlumata görə, o, məhkəmənin qərarı ilə həbs edilib.
Qeyd edək ki, FETÖ-nün iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdindən sonra ölkənin silahlı qüvvələrindən xaric edilmiş Yavuz Çelik Ankara Cümhuriyyəti Baş Prokurorluğu tərəfindən aparılmış istintaq zamanı sərbəst buraxılmışdı.
Yenidən məhkəməyə çağırılan Çelik məhkəmədə prokurorun qaldırdığı iddianın təsdiq edilməsindən sonra məhkəmə qərarı ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.