Qüdsdə erməni kilsəsində qalmaqal salaraq kilsə xorunun oxumasına mane olan "Lehava təşkilatının sədri Bentsi Qopşteyn və təşkilatın üzvü polis tərəfindən saxlanılıb.
Unikal.org "Timesofisrael saytına istinadən xəbər verir ki, hadisə Qüdsdə təşkil edilən mədəniyyət festivalında baş verib.
Təşkilat üzvləri Qüdsdə erməni kilsəsinin xor oxuduğu zaman zala daxil olaraq uca səslə "Rədd olun, Suriyaya qayıdın deyə etirazlarını bildiriblər. Nəticədə xor öz çıxışını dayandırıb. Hadisə yerinə gələn polis aktivistləri həbs edib.
Qeyd edək ki, radikal çıxışları ilə tanınan "Lehava təşkilatı qeyri-yəhudilərin assimilyasiya edilməsinə və qarışıq nikahlara qarşı çıxırlar.