İŞİD "Barselona, "Real, "Mançester Yunayted və "Milan futbol komandalarının formalarını geyinməyi qadağan edib.

Unikal.org Xarici KİV-ə istinadən xəbər verir ki, İŞİD iki idman firmasının istehsal etdiyi formaları geyənlərin cəzalandırılacağını bəyan edib.

"Mançestr Yunayted, "Mançestr Siti, "Milan, "Çelsi, "Real, "Barselona kimi klubların Fransa, ABŞ, İngiltərə kimi milli komandaların formaları terror təşkilatı tərəfindən "qara siyahısına salınıb.

Bu komandaların formalarını geyinənlərə 80 qırmanc cəza veriləcəyi açıqlanıb.