Rusiyalı milyarder, "Alyans qruplar şirkətinin prezidenti Musa Bajayevin kiçik qızı Yelina 25 yaşlı biznesmen Bekhan Mamakayevə ərə gedib.
Unikal.org -un "Tatler.ruya istinadən verdiyi məlumata görə, Monakonun Monte-Karlo şəhərində "Le Louis XV Louis restoranında baş tutan toy mərasiminə 110 qonaq dəvət olunub.
Gəlin "Zuhair Murad imzalı gəlinlik geyinib. İyirmi milyon rubl dəyərindəki libas təxminən 4 aya hazırlanıb.
