Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi Türkiyədəki 15 iyul çevriliş cəhdi ilə əlaqədar rezonans doğuracaq bəyanatla çıxış edib.
Unikal.org Milli.Az-a istinadən bildirir ki, nazir ictimai təşkilatların nümayəndələri və sahibkarlarla görüşdə deyib ki, Türkiyədə çevriliş cəhdinin hədəfi ölkənin Ermənistan və Kürdüstan arasında bölünməsi idi.
"100 il əvvəl bölünmüş xəritəni reallığa çevirmək istəyirlər", - deyə nazir bildirib.