2012-ci ildə demokratik yolla hakimiyyətə gəlmiş Gürcü Arzusu Partiyası yalnız öz fəaliyyətsizliyi ilə seçilir.
Unikal.org axar.az-a istinadən bildirir ki, bunu Batumidə öz tərəfdarları qarşısında çıxışı zamanı Vahid Milli Hərəkat Partiyasından deputatlığa namizəd Sandra Rulofs söyləyib. Onun sözlərinə görə, hazırda ölkənin taleyi yalnız gürcü xalqının əlindədir:
"Biz vəd verdiyini gerçəkləşdirən tam peşəkar komandayıq. Mixail Saakaşvili heç nədən qorxmur və onun ölkəyə dönüşü qaçılmazdır".