Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Saratov şəhər dumasına keçirilən seçkilərdə deputat mandatından imtina edib.

Unikal.org axar.az-a istinadən bildirir ki, bu barədə Saratov Şəhər Seçki Komissiyası məlumat yayıb.
"5-ci çağırış Saratov şəhər dumasının deputat mandatından imktina etməklə bağlı Vladimir Volfoviç Jirinovskinin şəxsi müraciətinə əsasən, seçki komissiyası onun mandatını digər namizəd Anton Anatolyeviç İşenkoya verməyi qərara alıb", - komissiyanın qərarında deyilib.