İstanbulda qadın ona təcavüz edən kişinin dilini dişləyərək qopardıb.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulun Esenyurd Respublika Meydanındaki keçiddə baş verib. Zərəçəkmiş qismində E.Ö adlı xanım hadisə bağlı başına gələnləri belə xatırladıb:
"Martın 15 də stamotoloji klinikadan evə qayıdırdım. Yolu keçmək üçün keçiddən istifadə etdim. Pilləkənləri qalxanda bu zaman arxadan kimsə mənə yaxınlaşdı qollarımı tutub, gözümü bağlayıb məni divara sıxdı və öpməyə çalışdı. Bir anlıq hadisədən şoka düşdüm və o anda mən nə edəcəyimi bilmədim, onun dilini dişlədim. Dilinin bir qismi ağzımda qaldı onu yerə tüpürdüm. Həmin şəxs isə hadisə yerindən uzaqlaşdı".
Hadisə yerinə gələn polislər üst-başı qan izləri ilə divara qısılıb qalmış xanımı və qarşısında olan dil parçasını götürüb ekspertizaya aparıblar. Zərərçəkmişin ifadələrini aldıqdan sonra ona təcavüz edən şəxsi tapdılar. Təcavüzkar haqqında cinayət işi açılıb. Mən, isə hadisədə heç bir günahım olmadığını sübuta yetirərək sərbəs buraxıldım.
Qıza təcavüz etmək istəyən dili qopuğ kişi belə deyib:
"Həmin gün keçiddən keçən xanımı sevgilimə bənzətdim və ona sürpriz etmək üçün yaxınlaşdım və öpməyə cəhd etdim. Bu zaman xanım mənim dilimi dişlədi və qopartdı. Mən də dərhal oradan uzaqlaşdım.
E.Ö-nün vəkili Zəhra şahin qeyd edib ki, zərərçəkmiş təcavüzün şokundan özünü qorumaq məqsədilə bunu etmişdir. Həmçinin onu da qeyd etdi ki təcavüz edənin ailəsi işin bağlanması üçün 20 min lirə pul təklif etdilər və dedilər ki "biz yerliyik , uşağı yaşı az olduğundan cahillik edib bilməyib, məsələni bağlıyaq.
Vəkil qeyd etdi ki, zərərçəkmişin qimində olan E.Ö məhkəməsi oktyabrın 6-da Böyükçeşmə ədalət məhkəməsində olacaqdır.