İraqın paytaxtı Bağdadda silsilə terror aktları baş verib.

Unikal.org axar.az-a istinadən bildirir ki, şiələrin yaşadığı Bayya bölgəsində kamikadzenin özünü partlatması nəticəsində 9 nəfər ölüb, 26 nəfər yaralanıb.

Əl Cədid bölgəsində baş verən partlayış nəticəsində də 9 nəfər həlak olub, 21 nəfər yaralanıb.

Xatırladaq ki, İraq ordusu İŞİD-ə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladıqdan sonra terror hücumlarının sayı artıb.