Bu gün BakıAğır Cinayətlər Məhkəməsində mərhum xalq artistiİlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Unikal.org report-a istinadən məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə mərhum İ.Quliyevanın oğlu Orxan Nadirov ifadə verib.
O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini, M.Hüseynova ilə heç bir düşmənçiliyinin olmadığını deyib: "Mən Mehriban xanımda heç bir təqsir görmürəm. Saxta vəsiyyətnamə məsələsini, onlar arasında səsyazmanı mənəVüqar Bəkirov dedi. Səsyazmada Mehriban xanım guya Vüqardan dərman istəyib. İlhamə Quliyevaya verilən dərman isəvitamin C olub. Daha sonra bu haqda Vüqar mərhum anama bildirdi. İstintaq dövründə verdiyim ifadə zamanı hirsli olmuşam. İlhamə Quliyeva rəhmətə gedəndə bəzi nüanslar ortaya çıxdı və mənəhər şey aydın oldu. Burada zəif bənd Mehriban Hüseynova oldu. Rəhmətlik İlhamə xanım özündən tez çıxırdı. Anama zəng edəndə telefonumu açmırdı. İlhamə Quliyeva ilə münasibətlərimiz korlanmışdı".
O.Nadirov ifadəsində bildirib ki, borcla bağlı Binəqədi Rayon Polis İdarəsində onun barəsində cinayət işi açdırmaq istəyiblər: "Vüqar məni şərləmək istəyirdi. Onun mənimlə düşmənçiliyi vardı. Vüqar həbs ediləndən sonra mən çox şeyləri bildim. Lakin əvvəllər o, mənimlə başqa cür danışırdı. Vüqar həbs ediləndə, onunla bağlı səs yazıları əlimə keçdi. Vüqar bu işi Mehribanın etdiyini deyirdi, amma səsyazısından sonra məlum oldu ki, o, bunu təhrik edib".
O, M.Hüseynovun İ.Quliyeva ilə bağlı olan videogörüntüsü haqda da danışıb: "Vüqar deyirdi ki, Mehriban xanım anamın huşunuitirmək istəyirdi. Vüqar bununla bağlı səs yazısını anama təqdim etdi. İlhamə Quliyeva isə bunu eşidəndən sonra əsəbləşib, Mehriban xanımı evdən qovdu. Həmin videogörüntü mən evə gəlməmişdən əvvəl çəkilib. Mən gələndə artıq hadisə baş vermişdi. İstintaqda qərəzli ifadə vermişəm".
Proses oktyabrın 4-də davam etdiriləcək.
Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.
Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.