Müğənni Faytonçu Nazim Pişyarinin qızı Pərvanə Əli adlı şəxslə ailə həyatı qurub.
Unikal.org-un axsam.az-a istinadən məlumatına görə, şəhər restoranlarından birində baş tutan məclisə sənət aləminin tanınmış simaları qatılıb. İfaçı mərasimi mediaya qapalı edib.
N.Pişyari övladının toyu ilə bağlı bunları deyib:
"Hər kəsdən üzr istəyirəm, amma məclis qapalı oldu. Bəy qızımın öz seçimidir. Mən övladlarımın seçiminə qarışmıram. Bu onların həyatıdır, onlar yaşayacaq.