Unikal.org-un xəbərinə görə arb tv-nin "Gəlin danışaq" verilişinin qonağı olan Roza Zərgərlinin övladları anaları haqda danışıblar.

Corc: "Anam ən çox mənimlə maraqlanır. Ailənin ən böyük uşağı mənəm. Özü bizə nəsihət verir ki, kimləsə dostluq etməyək. Amma özü çox insanla dostluq edir. Ürəyiaçıqdır. Hamıya yardım əlini uzadır. Onunla ən çox mübahisəm də bunun üstündə olur".

Bənövşə: "Biz anamla çox yaxınıq. Ana-qız münasibətində deyilik. Biz dostuq. Nəsə ola bilər ki, o, mənimlə məsləhətləşə bilər, ya da mən onunla. Ürəyi çox təmizdir. Kiməsə pislik arzulamır. İstərdim ki, xasiyyəti dəyişsin. İnsanlara tez inanır. İnsanlar da ondan istifadə edirlər"



"Anam tez inanır, ondan istifadə edirlər" - VİDEO - FOTO
"Anam tez inanır, ondan istifadə edirlər" - VİDEO - FOTO
"Anam tez inanır, ondan istifadə edirlər" - VİDEO - FOTO
"Anam tez inanır, ondan istifadə edirlər" - VİDEO - FOTO