Özünəməxsus ifası və tərzi ilə seçilən Natavan Həbibi PrimeTime.Az-ın "Tet-a-Tet" rübrikasında...
Unikal.org həmin müsahibəni təqdim edir:
Dağıstanın əməkdar artisti, məşhur estrada müğənnisi Natavan Həbibi "Show Production"ın təşkilatçılığı ilə keçirilən "Star-2016" təsis etdiyi "İlin müğənnisi" mükafatı ilə təltif edilib. Təqdimat mərasiminə qara güpur libası ilə qatılan Natavan , fotokameramızın qarşısına keçərək pozalar verib və sevincini bizimlə bölüşüb:
"Çox gözəl hisslər keçirirəm. Ümumiyyətlə sənətçilər, şou-biznes nümayəndələri zəhmətinin bəhrəsini görmək üçün işləyirlər. Mən də işimi gördüm və layiq olduğum mükafatı qazandım. Bu mükafatı yeni ərsəyə gətirdiyim layihəyə görə aldım.
İnşAllah "EÑли б звезды Ñтупеньками Ñтали" ("Əgər ulduzlar pillələrlə düzülsəydi") mahnısı tarixdə qalan bir əsər, klip olacaq. Çünki ifa etdiyim bu əsər heç də sadə mahnı deyil. Bu, bizim Ulu Öndərimizə həsr olunan əsərdir. Sizin vasitənizlə mahnının müəlliflərinə - sözlərinə görə, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevaya və millət vəkili, bəstəkar Novruz Aslana təşəkkürümü bildirirəm.
- Maşallah, son aylar çalışqan və işgüzarlığınızla seçilirsiniz. Qalmaqallara "stop" dediniz və belə bir iş ərsəyə gətirdiniz.
-Elə bilməyin ki, qalmaqallara "stop" deyirəmsə, mənim ətrafımda qalmaqal olmur. Yenə də nə isə yaranır, nəsə baş verir. Hər gün yeni söz-söhbətlərlə rastlaşıram. Sadəcə ya böyüdüyümə, yada ki, belə məsələləri yaxşı bildiyimə görə, artıq əvvəlki kimi qalmaqallara önəm vermirəm. Çünki Toliklə barışandan sonra bir çox məsələləri dərindən öyrəndim. İndi Toliklə hər şeyi aydınlaşdırmışıq. Hazırda münasibətlərimiz qaydasındadır.
- Deyilənlərə görə, Natavanda bir "hegemon"luq formalaşıb, özünə komanda yığır, qrup yaradır və s. Sanki şou-biznesdə öz xəttinizi yaradırsınız...
-Bilirsiniz, ümumiyyətlə insan doğulandan onun gələcəkdə lider olub-olmayacağı hiss olunur. Uşaqlıqdan lider olmuşam. Bağçada qrupun, məktəbdə sinifin lideri kimi seçilmişəm. Sahib olduğum xüsusiyyətlərə malik olan insan, heç vaxt kölgədə qala bilməz. Sözümə qulaq asan, əhatəmdə, olanlar varsa, bu ona görə deyil ki, onları yanımda məcbur saxlayıram. Çevrəmdə olan insanlarla münasibətimiz gözəl alınır. Bizə birlikdə maraqlıdır ki, dostluğumuz davam edir. Sırf qrup yaratmaq məsələsinə gəlincə, bunlar təbii ki, boş və əsassız söz-söhbətlərdir. Məsləhət görərdim ki, heç bir şou nümayəndəsi bu şayiəyə uymasın.
- Bir reallıq da var ki, Natavan Həbibi əvvəlki əlçatan Natavan deyil. O, yalnız dəbli məkanlarda görünür, ictimaiyyət arasına bir o qədər də çıxmır. Bunu özünüz istədiniz?
-Bu, həyat, ailə statusundan irəli gəlir, sırf ulduzluq, ifaçılıq baxımından deyil. Mən özümü belə hiss edirəm, belə görürəm. Hiss edirəm ki, əgər hansısa tədbirdə olmamalıyamsa, ora getmirəm. Çünki, biz həyatda çox şeylər görmüşük. Yanımızda dayanmağa layiq olmayanlar özlərinə hörmət etmək tələbini qoyurlarsa, artıq şərhə nə lüzun var? Elələri ilə münasibətlərimə sərhəd qoymuşam. Dərk edirəm ki, ətrafımda nə qədər az adam olsa, bir o qədər yaxşıdır. Həm mənfi enerjidən, həm də mənfi emosiyalardan uzaq oluram. Mən kobud davrana bilərəm, hardasa görməzdən gəlməyə bilərəm, amma əlimdən pislik etmək gəlmir.
- Ad çəkmək istəmirik, bir müğənni müsahibəsində israrla vurğulamışdı ki, Allah-Təalanın şou-biznesdən xəbəri yoxdur, buranı şeytan idarə edir. Sizcə bu iddia nə dərəcədə realdır?
- İstəməzdim ki, belə desinlər. Amma təəssüf ki, bu reallıqdır. Bunlar biraz ciddi məsələlərdir. Çalışıram bu haqda danışmayım. Bütün məsələlər haqqında dəqiq məlumatı olan insanlar danışmalıdır. Yaxşı olardı ki, bu cür məsələlər barəsində din xadimləri danışsınlar.Hər bir insanın Allahı, imanı var. Sadəcə bu haqda danışmaq mənə düşməz. Şou-biznes bunun üçün yaranmayıb ki, dini söhbətlər edəsən. Əgər dini söhbətlər ediriksə, mövzumuz başqa olmalıdır. Hər kəsdən eşitdiyimi danışmaram. Qurani-Kərimi 3 dildə oxumuşam. Mənə lazım olan məlumatları müqəddəs kitabdan bu gün də öyrənirəm. Qurani-Kərimi oxuduqca, bütün mətləblər aydın olur. Axtardığın hər şeyi bu müqəddəs kitabda tapırsan. Heç kim mələk deyil. O cümlədən də mən. Mən heç bir zaman heç kimi qınamıram və istəyirəm ki, məni də, qınaq obyektinə çevirməsinlər. Atdığımız addımların nə dərəcədə doğru olduğu isə yalnız Allaha bəllidir.
- Gözəlliyinizi nəyə borclusunuz? Şou-biznes aləminə nəzər saldıqda, bir çoxlarının plastik əməliyyat etdirərək, gözəllişdiyinin şahidi oluruq. Amma sizdə buna ehtiyac yoxdur.
- İnanın ki, mən də plastik əməliyyat etdirməyi çox istəyirəm. Sadəcə bilmirəm əməliyyatı necə etdirim (gülür). Qocalmağımı gözləyirəm. Ehtiyacım olanda, təbii ki, mən də əməliyyata gedəcəm. Hələlik buna ehtiyacım görmürəm.
- Azərbaycan şou-biznesin xanımları çox nadir halda qapalı geyinirlər. Siz də bu sırada birincilərdənsiz...
-Hər kəsin həyata baxışı müxtəlifdir. Ümumiyyətlə, bizim bir çox stilistlərimiz sanki qadınları soyundurmaq üçün yaranıb. Ona görə də həmin stilistlərə müraciət etmirəm. Biraz qapalı, bağlı geyinən xanımı görəndə bəyənmirlər. Cəhənnəmə gedən, özünə yoldaş axtarır. Bu, bir aksiomadır. Ona görə belə insanların fikrinə qulaq asmaqla, ancaq cəhənnəmə gedə bilərsən.
-Adınız həm də bahalı müğənnilər siyahısında yer alır. Natavan hər geyimi bəyənməz, hər hədiyyəni qəbul etməz...
- Zövqdən danışan insanları mənə göstərin, mən də sizə fikrimi deyim. İllərdir məni görürsünüz. Heç kim deyə bilməz ki, Natavan nə vaxtsa zövqsüz və yaxud "vulqar" geyinib. Bu, mümkün deyil. Zövqsüzlüyün təməli ailədə qoyulur. Amma bu gün yerli şou biznesdə bir həqiqət də var, kənddən gəlib, indi adam olub şəhərli insanlara zövqsüz deməyi sadəcə gülüncdür. Bahalı sözünə gəlincə, məncə Natavan özünə dəyər verməyi bacaran müğənnidir desək, daha düzgün səslənər. Hər səhnə insanı şanslı olmur. İstedadlı müğənnilərimiz çox olsa da, onlar arasında parlayanlar elə də çoxluq təşkil etmir. Bu qismətlə bağlıdır. Uğurlu işə imza atanda evənlərin çoxalırsa, sən də həmin sevgini hiss edə bilirsənsə, bu Allahın bəxş etdiyi xoşbəxtlikdir. Allahıma şükür edib, yoluna davam edən bəndələrdənəm. Qoy Rəbbim hamımızı pis niyyətli insanlardan uzaq etsin. Gözəl dünyamızda daim sülh, əmin-amanlıq hökm sürsün...