Bu gün müdafiə sənayesi naziri Yavər Camalov "ADEX-2016 ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinə qatılan Rusiya Müdafiə Nazirliyinin Hava-Kosmik Qüvvələrinin baş komandanı, general-polkovnik Viktor Bondarevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən Unikal.org-a verilən məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Y. Camalov həmçinin Cibuti müdafiə naziri Ali Hasan Bandon, Polşa iqtisadi inkişaf nazirinin müavini Radoslav Domaqalski-Labedzki və Rusiya Taktiki Raket Silahlanma Korporasiyasının baş direktoru Boris Abnosovla görüşüb. Qonaqlar "ADEX-2016 sərgisinin yüksək səviyyədə təşkil olunduğunu bildiriblər.