"Hamı elə bilir ki, təkcə kişilər sünnət olur. Amma qadınlar da sünnət etdirir. Mən də Beyruta sünnət etdirməyə gedirəm. Çox da ağır əməliyyat deyil. Bir çoxları bunu tam başa düşməyə bilər. Amma tibbdə xanımların sünnət olunması var. Məncə, bu sünnəti çox qadınlar etdirməlidir.
Məlum olub ki, qadın sünnəti klitorun kəsilməsi, qadın cinsi şikəst etmələrinin ən məşhur üsuludur. Məqsəd qadında cinsi zövq orqanı olan klitoru korlayaraq bəkarəti qorumaq, qadının cinsiliyini və cinsi duyğularına maneə törətməkdir.
UNİCEF-in hesabatında dini deyil, ənənəvi bir tətbiq olan qadın sünnətinin gözlənildiyindən daha məşhur olduğu əks olunub. Mövzunun həssaslığı səbəbinə görə qadın sünnətindən neçə qadının öldüyünün təsbit və təxmin edilə bilmədiyi qeyd edilib.
Afrikada Səhra bölgəsi və Orta şərqdəki 28 ölkədə indiyə qədər 128 milyon qadının sünnət edildiyi görülən hesabatda bildirilib.
Statistikaya görə, qızlar daha çox 4 ilə 12 yaş arasında sünnət olunur. Dünya Sağlamlıq Təşkilatının məlumatına görə isə hər il 100-140 milyon qız sünnət edilir.
Sünnətdən sonra qadınlar qanama, cərrahi zədə, ağrı ilə bağlı şok, infeksiya HIV/AİDS və digər viruslara yoluxa və bu onları ölümü ilə nəticələnə bilər.
Məsələ ilə bağlı bir neçə estetik cərraha müraciət etdik, lakin həkimlər mövzu ilə bağlı danışmaqdan ehtiyat etdilər.
Daha sonra estetik cərrah Dilqəm Məhərrəmov isəaçıqlamasında qadınlarda sünnət məhfumunun olmadığını bildirib:
"Qadın sünnəti xüsusilə orta Afrika qəbilə cəmiyyətlərin tərəfindən və bəzi Cənub-şərq Asiya ölkələrində edilən daha çox ənənəvi bir tətbiqdir.
Dünya sağlamlıq təşkilatına görə dörd növü var:
"Sünnət İslam dininin əmri deyil. Bu məsələ İslamdan əvvəl olub. Yəhudilərin özündə belə sünnət məsələsi daha çox aktualdır. Onlarda uşaq dünyaya gələndən 7 gün sonra sünnət olunur. Amma Azərbaycan müsəlman ölkəsi ola-ola oğlanlar müəyyən yaş və aydan sonra sünnət olunur. Yəhudilər bizdən çox müsəlmandır? İddia olunur ki, peyğəmbərimizin özü sünnət olunaraq dünyaya gəlib. Bunun özü uydurmadı. O, normal şəkildə doğulub, daha sonra isə sünnət olunub. Sonrakı dövrdə bunu islamlaşdıraraq bizə təqdim ediblər. Qadın sünnəti məsələsi də eyni şeydir. Qadın sünnətinin İslama heç bir aidiyyatı yoxdur. Dediyiniz şəxs isə şou yaratmaq üçün belə bir məsələyə əl atıb. Kim nə etmək istəyirsə, etdirsin.