Əməkdar artist Zöhrə Abdullayeva gəlinindən danışıb.
Unikal.org-un məlumatına görə, müğənni "10-dan sonra verilişində gəlinin hakim olduğunu bildirib:
"Qayınanam yaxşı qadın olub. Onu anamla eyni bərabərlikdə istəmişəm. Ərimdən yarımamışam, qayınanam qızıl kimi qadın idi. Allah bir başa iki qapaz vurmaz axı... Birini pis etdi, digərini yaxşı. Amma qayınananın yaxşı olmasını nə edirəm, ər yaxşı olardı. Şükür öz gəlinimdən yarıdım. Gəlinim hakimdir, ondan qorxuram.