Unikal.org-un məlumatına görə, müğənni Xatun aparıcısı olduğu "Zarafat-zarafat verilişində Xumar Qədimovanın ondan küsdüyünü deyib:
"Heç yerdə demədiyim sirrimi açacam. Bir dəfə müğənnilərin yanında Xumar xanımı parodiya etdim, xəbəri ona çatdırdılar. Həmkarlarımdan biri gəlib dedi ki, Xumar Qədimovanı parodiya etmə. Cavab verdim ki, ondan xoşum gəlir, edəcəm. Bir dəfə məclisdə idim, Xumar Qədimova gəldi. Onu görüb qaçmaq istədim, alınmadı. Fikirləşdim mikrafonla ona salam verim, yaltaqlanım, yenə də baş tutmadı. Axırda onun əyləşdiyi stola yaxınlaşıb, diz çökdüm ki, bağışlayın. Qayıtdı ki, "get". Məclisdən necə getdimsə, arxaya da baxmadım.