Əməkdar artist Manana bu yayı Kabuletidəki villasında dincələrək keçirib.
Unikal.org bildirir ki, müğənni "ATV maqazin onlarla" verilişinə açıqlamasında oradakı evindən bəhs edib: "Bu yayı oradakı villamda dincələrək keçirdim. Kim istirahət istəyirsə, uzağa getməsin, bizim evimizə gələ bilər. Oradakı villamız elə formada tikilib ki, qonaq gələndə narahat olmuram. Hər otağın öz mətbəxi var... İstirahət zamanı Kristina Aqileranın konsertinə də getdim. Bu cür halları danışıb, gündəmə gətirməyi sevmirəm".