Səudiyyə Ərəbistanı İran-İraq müharibəsində Səddam Hüseynə 40 milyard yardım edib.
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bunu İranın keçmiş kəşfiyyat naziri Heydər Muslihi əhali qarşısında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, bunu Səudiyyə Ərəbistanının keçmiş vəliəhdi Naif o zaman İran nümayəndə heyətinə söyləyib:
"Suriya böhranı başlayandan bu yana bəziləri Ər-Riyadla danışaraq bu konflikti həll etməmizi istədiklərini deyirlər. O zaman Milli Təhlükəsizlik Şurasının iclası təşkil edildi və buradan bir qrupun Səudiyyə Ərəbistanına gedərək müzakirələr aparması qərarı qəbul edildi. Qrup lideri olaraq Ər-Riyada mən göndərildim. Səudiyyə Ərəbistanına gedəndə o zamankı vəliəhd Naiflə görüşdük. Naif bizə İran-İraq savaşında Səddama 40 milyard dollar kömək etdiklərini söylədi. Eyni zamanda əlimizdə olan sənədlərə əsasən, Fars körfəzi ölkələri Səddama 70 milyard dollar veriblər. Düşmənin məqsədi həmişə bizi yox etmək olub.