Bu dəfə stilist Elnarə Bəkirova bir neçə şou-biznes nümayəndəsinin yeni görünüşünü axşam.az üçün təhlil edib.
Unikal.org həmin məşhurların siyahısını təqdim edir:
Aygün Kazımova - Hər zaman geyimləri ilə seçilən ifaçı olub. Sonuncu konsertində istifadə etdiyi bu libas ürəkaçan deyil. Belə tərz paltar incə xanımlar üçün nəzərdə tutulub. Saçaqlar adamı daha da kök göstərir. Ondan bu cür geyim heç gözləmirdim. Makiyajı da pisdir. Sırğaları da libasına uyğun deyil, çox uzundur. Saçlarını yığsa, daha yaxşı olardı. Açıq qoymaq boyunu daha qısa göstərir. Hər şeyi çox abartılmış formadadır.
Roza Zərgərli - Bu xanımı çox izləmirəm.Fotoları olanlar arasındaən yaxşı geyim seçən odur. Məkana uyğun geyinib. Libası qəşəng yaraşır, onu da incə göstərir. Saçı da libasına uyğundur.
Fatimə Fətəliyeva - Geyimində etnik ab-hava var. Ayaqqabı seçimi sıfırdır. Fatimə xanımla birlikdə çalışmışıq, zövqlü biridir. Burada yəqin tələsik olub, ayaqqabıya fikir verməyib. Boyubalacadır, paltar dizdən aşağı, topuqdan yuxarıdır, onu lap qısaboy göstərir. Saçı da buruqdur, geyim tərzinə uyğun gəlmir.
Aşıq Samirə Əliyeva - Şarmlı görünür. İlk dəfədir onu belə geyimdə görürəm.Şalvar-kofta çox qəşəngdir. Şalvarın ayağı bir balaca enlidir. Dar geyinsəydi, daha möhtəşəm olardı. Saçını isə açıq qoymağı yaxşı idi.
Tünzalə Ağayeva- Ətək, ayaqqabı - tərz olaraq yaxşıdır. Amma koftası səliqəsizdir, tülüpis tikilib, bədəninə oturmayıb. Karset hissəsi əyninə kiçikdir, sinəsi böyük görünür.Saç düzümü və rəngi qəşəngdir.