Məşhur türkiyəli homoseksual stilist Kerimcan Durmaz açıqlamalarıyla gündəmə gəlib.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkələrdə çılğınlığı və olduqca aktivliyi ilə seçilən K.Durmazın ayda 1 milyon lirə qazancı olduğu bildirilib. O, həyatı ilə bağlı bunları söyləyib:
"18 il Yeniköydə yaşamışam. Sonra məktəbi bitirib Bakıya getdim. Orada bir az işlədikdən sonra Türkiyəyə geri qayıtdım. Sosial şəbəkələrdə olduqca aktivəm. 10 saniyəlik paylaşım etsəm 34 min lirə alıram. İnsanlar məni sevir. Atam hər zaman nə istəmişəm, onu da alıb. Pul barədə çətinliyim olmayıb. Hazırda 22 yaşım var. 32 yaşımda Hürrəm olacağam və dünyanı mən idarə edəcəyəm.