"ABŞ Suriyada Bəşər Əsədə qarşı mübarizə aparmaq üçün terrorçulardan istifadə etmək niyyətindədir.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici işlər naziri Sergey Lavrov "BBC World telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Suriyaya Beynəlxalq Dəstək Qrupu çərçivəsində ABŞ müxalifətlə əlaqələri normallaşdıracağına dair söz verib: "Lakin onlar bu günə qədər bunu həyata heçirə bilməyiblər. Biz düşünürük ki, ABŞ-ın planı əvvəlcədən təmamilə başqa cür olub. Belə ki, "Cebhat an-Nusra qruplaşmasını zərbələrdən qorumaqla onu "B planı üçün saxlamaq istəyirlər ki, zamanı gələndə rejimi dəyişsinlər.