Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trapm prezident seçiləcəyi təqdirdə Polşa ilə viza rejimini ləğv edəcək.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Tramp Polşa-Amerika konqresinin sədri Frank Spula ilə söhbəti zamanı bildirib.
"Mən Trampa viza məsələsinə görə çox narahat olduğumuzu dedim. O isə mənə dedi ki, prezident seçilən kimi bu problemi həll edəcək, - F. Spula söyləyib.