"Rusiya hərbçiləri bir il ərzində Suriyada 3 804 dinc sakini öldürüb".
Unikal.org xəbər verir ki, bu məlumatı Suriyada İnsan Haqlarının Müşahidəsi ("The Syria Observatory for Human Rights" - SOHR) yayıb.
Məlumata görə, ötən ilin sentyabrın 30-dan başlayaraq Rusiya döyüş təyyarələrinin bombardmanı nəticəsində 9 364 nəfər ölüb. Onların 3 804 dinc sakindir: "Bunlardan 906 nəfəri 18 yaşdan kiçikdir. Öldürülənlərin qalanları - 2 746-sı terrorçu İŞİD silahlısı olmaqla müxtəlif qruplaşmalara aiddir."
Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, ötən bir ildə Suriyada 20 rusiyalı hərbçi həlak olub.
Xatırladaq ki, 2015-ci il sentyabrın 30-da Rusiya Suriyaya müdaxilə edib.