ABŞ-ın "Activision" şirkəti yeni "Call of Duty: Modern Warfare Remastered" oyununun süjet rejiminin treylerini təqdim edib.

Unikal.org Gizmodo-ya istinadən bildirir ki, süjetə görə, Yaxın Şərq ölkələrindən birindəki şəhərdə nüvə partlayışı olur.

Yeni oyun daha orijinal qrafika, teksturaların detallaşdırılması, işıqlandırmanın yeni sistemi və xüsusi effektləri, təkmilləşdirilmiş animasiya və səs effektləri ilə fərqlənir.

"Call of Duty: Infinite Warfare" və "Call of Duty: Modern Warfare Remastered" oyunları noyabrın 4-də PlayStation 4, Xbox One və fərdi kompüterlər üçün vahid komplekt şəklində satışa çıxarılacaq.

"Infinite Warfare Legacy Edition" və ya "Infinite Warfare Digital Deluxe Edition" oyunlarını sifariş vermiş şəxslər isə "Modern Warfare Remastered" oyununu başqalarından 30 gün tez, yəni oktyabrın 5-dən ala bilərlər.

"Call of Duty: Modern Warfare" oyunu "Infinity Ward"ın hazırladığı və "Activision"ın təkmilləşdirdiyi mürəkkəb şuterdir. Oyunda proses