Türkiyənin baş naziri Binəli Yıldırım 1 oktabr Beynəlxalq Ahıllar günü münasibətilə qocalar evinə gəlib.
Unikal.org xəbər verir ki, baş nazir onu çiçəklərlə qarşılayan yaşlı bir qadının əlindən öpüb.

Səfərdə Baş nazir Yıldırıma Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Kaya və AKP-nin sədirinin köməkçisi Öznur Çalık müşayət edib.

Baş nazir Binəli Yıldırım, qocalar evindən ayrıldıqdan sonra Ümid Məhəlləsinə gələrək orada Vətəndaşlarla söhbət edib.
Bir simit dəzgahının başına keçən Yıldırım, jurnalistlərə və məhəllədəki uşaqlara simit payladı.
