İranın Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzli oktyabrın 3-də Azərbaycana səfər edəcək.
Unikal.org-un məlumatına görə, bu barədə Trend-ə nazirin Beynəlxalq Məsələlər üzrə müavini Babək Dinparast bildirib.
İki günlük səfər zamanı Fəzli və Azərbaycanın yüksək vəzifəli məmurları müxtəlif sahələrdə ikitərəfli əlaqələr və əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq.
O bildirib ki, bu səfər müxtəlif sahələrdə iki ölkənin əməkdaşlığında dönüş olacaq.