Abşeron Rayon Təhsil Şöbəsi intihara cəhd etdiyi deyilən məktəbli ilə bağlı açıqlama yayıb.
Unikal.org-un məlumatına görə, şöbənin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Aysel Tahirova qafqazinfo-ya açıqlamasında bildirib ki, sentyabrın 30-da ayağından zədə alan Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Nuriyev Zahid bütün müayinələrdən keçdikdən sonra dünən səhər saatlarında evə buraxılıb.
"Həkim rəyinə əsasən, Nuriyev Zahid gələn həftədən etibarən məktəbdə dərslərinə davam edə bilər, - deyə A. Tahirova vurğulayıb.
Qeyd edək ki, 5-ci sinif şagirdi olan Nuriyev Zahid iki aldığına görə özünü məktəbin ikinci mərtəbəsindən ataraq intihara cəhd edib. Hadisə yerindən çəkilmiş videonu məktəblinin valideyni yayıb.