Türkiyədə qəribə hadisə baş verib.
Unikal.org "Haberler"ə istinadla xəbər verir ki, taksidəki sərxoş qadın onları yoxlamaq üçün saxlatdıran qadın polis işçisini "əynindəki formaya güvənirsən?" deyərək şillələyib, sonra da barmağını gözünə soxub.
Polis xəstəxanalıq olub, onun gözü yuyulub, sarıq qoyulub. Polis qadından şikayət edib. O, saxlanılsa da, bir neçə saat sonra sərbəst buraxılıb.