Pakistanın Kəraçi şəhərində beşmərtəbəli binanın uçması nəticəsində 5 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Pakistan mətbuatı yazıb.
"Liman şəhərində beşmərtəbəli binanın uçması nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb. Səlahiyyətlilər axtarış-xilasetmə qruplarının dağıntılar altında qalanları xilas etmək üçün işə başladığını bildiriblər", - deyə məlumatda qeyd olunub.
Ağarza Elçinoğlu