"Həyatımda heç kəs yoxdur. Belə biri olarsa, avtomatik hiss olunur. Tək olanda tamam başqa həyat yaşayırsan, hər gün dostlarınla görüşürsən. Şəxsi həyatında biri olanda isə bağlanırsan, çox da bayıra çıxmırsan".
Unikal.org xəbər verir ki, bu sözləri "Eurovision - 2011in qalibi Nigar Camalın "Qafqazinfoya müsahibəsində deyib.
O başqa millətdən olan kişiylə evlənməyəcəyindəndə söz açıb: "Yüz faiz deyə bilərəm ki, başqa millətin nümayəndəsi ilə sevgili olmaram, mütləq azərbaycanlı olmalıdır. Yaş öz sözünü deyir. İnsan istəyir ki, yanında öz millətinin nümayəndəsi olsun. Gülərüzlü və səmimi olması çox vacibdir. Yaraşıqlı kişilərdən xoşum gəlmir. Siz də məni bağışlayın, yaraşıqlı oğlanları bəyənmirəm (gülür). İstəyirəm ki, evdə kişinin sözü keçsin. Bir də müsəlman olmalıdır, mənimlə eyni dinə ibadət etməlidir.
İstəmirəm ki, başqa dinin nümayəndəsi mənim seçimimlə bağlı nəsə desin. Başqa dinlər olsa, problemlər çox yaranacaq. Bu zaman beynim çönə bilər. Ən əsası dostum olsun, münasibətdə qorxu olmamalıdır. İkinci dəfə ailə həyatı qurmaq məsuliyyət tələb edir. Ağılla addım atmaq lazımdır. Təsəvvür edin ki, ikinci dəfə ərə gedirən, yenə də alınmır. Deyəcəklər ki, bu lap ağ elədi (gülür). Tələsmirəm, hələ övladlarım barədə düşünürəm. Qızlarıma bir söz desələr, dünyanı dağıdaram".