Keçən ay həyatını itirən Özbəkistan prezidenti İslam Kərimovun milyarder qızı Gülnara Kərimova haqqında beynəlxalq mətbuatda şok bir iddia ortaya atılıb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hazırda 44 yaşlı Gülnarə Kərimovanı  İslam Kərimovun yerinə ən real namizəd kimi Rusiyanın qəbul etdiyi hazırkı baş nazir Şövkət Mirziyaev 
Ruhi Əsəb Xəstəlikləri Dispanserinə saldırıb. İddiaya görə Mirziyev prezidentlik postu uğrunda Gülnarə Kərimovanı özünə rəqib bildiyi üçün onu "dəlixanaya" saldırıb.