ATV-də yayımlanan "ATV maqazin onlarla" verilişində müğənni Zamiq Hüseynov şəxsi həyatından danışıb.

Unikal.org atv.az-a istinadən bildirir ki, o, bir çox mahnılarını sevgilisinə həsr etdiyini bildirib: "Evlilik barəsində fikirləşirəm. Sevdiyim insanla ailə qurmaq istəyərəm. Çox sevmişəm. Ayrılsam da, sevdiyimə peşman deyiləm. Hazırda həyatımda heç kim yoxdur. Bir çox mahnılarımı ona həsr etmişdim".