Türkiyədə fövqəladə vəziyyət rejimi daha 90 gün uzadılıb.
Unikal.org -un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə müvafiq qərar Nazirlər Kabinetinin iclasında qəbul edilib.
İclas Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilib.
Fövqəladə vəziyyət rejimi oktyabrın 19-dan daha 90 gün uzadılacaq.