Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım yaxın aylarda vəzifəsindən gedəcək.
Unikal.org -un RİA Novosti-yə istinadən məlumatına görə, Ü.Yardım səfirliyi tərk edəcəyi haqda xəbəri özü təsdiqləyib. Onun nə vaxt postundan gedəcəyi hələ dəqiq bilinmir.
Ümit Yardımı səfir vəzifəsində Hüseyn Diriözün əvəz edəcəyi gözlənilir.