Rusiya prezidenti Vladimir Putin Rusiya və Qazaxıstan XIII Regionlararası Əməkdaşlıq Forumunda iştirak etmək üçün Astanaya gəlib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Rusiya prezidentinin səfəri Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə danışıqlarla başlayacaq.
Görüşdə liderlər ikitərəfli münasibətlər, Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiya sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Görüşdən sonra Putin və Nazarbayev iki ölkənin iş adamlarının iştirakı Rusiya-Qazaxıstan biznes forumunda çıxış edəcəklər.
Sonra dövlət başçıları Regionlararası Əməkdaşlıq Forumunda iştirak edəcəklər. Forumun əsas mövzusu Avrasiya məkanında nəqliyyat və loqistika potensialının inkişafıdır.
Gündəliyə həmçinin iki ölkə arasında ticarət məhdudiyyətlərinin aradan qaldırılması, turizm sahəsində əməkdaşlıq məsələləri daxildir.
Plenar iclasın yekunlarına görə bir sıra ikitərəfli sənədlərin imzalanması da gözlənilir.