Ermənistanda 29 yaşlı hərbçi paytaxt İrəvanda intihara cəhd edib.
Unikal.org bildirir ki, sərxoş hərbçi idarə etdiyi maşını saxlayaraq Kiyev prospektində yerləşən körpüdən özünü atmağa çalışıb.
Hadisə ilə bağlı gecə 2 radələrində Ermənistanın Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub. Hadisə yerinə gələn xilasedicilər sərxoş hərbçini fikrindən yayındıra biliblər.