Lent.az-a açıqlama verən müğənni Nadir Qafarzadə yaradıcılığındakı yenilikdən danışıb.
Unikal.org bildirir ki, ifaçı"Əzizlərim adlı mahnı oxuyub:
"Çox təəssüf edirəm ki, indi müğənninin yaradıcılığından çox, şəxsi həyatı ilə maraqlanırlar. Bu gün "Əzizlərim adlı mahnımı yeni aranjimanda dinləyicilərin ixtiyarına verirəm. Amma düşünürəm ki, mahnı xəbəri insanlara o qədər də maraqlı gəlmir. Bu da bir ifaçı olaraq mənə çox pis təsir edir. Nə edək? İndi də "ağzı göyçəklər belə bir şayiə çıxartdılar ki, boşanmışam. Bu söhbətə görə də bir çox yaxınlarımız narahat oldu. Demək olar ki, indinin özündə də telefonum susmur. Amma düşünürəm ki, bu boşanmaq mövzusuna nöqtə qoymaq zamanıdır. Bir də bu barədə mənə sual verilməsin.
Qeyd edək ki, "Əzizlərim adlı bəstənin sözləri Baba Vəziroğlu, musiqisi Novruz Aslana, aranjimanı Givi Usenaşviliyə məxsusdur. Bəstəkar N.Aslan bu bəstəni anasının xatirəsinə yazıb.