Unikal.org xəbər verir ki, "10-dan sonra verilişində qonaq olan əməkdar artist Lalə Məmmədova kişilərin qısqanc olmadığından və xəyanətkar olmalarından danışıb:
"Ər-arvad arasında qısqanclıq yoxdur: "bu mənimdir, mənim olmalıdır deyirsən. Qısqanclıq sevgili dövründə olur. Ailə quranda kişi deyir ki, işləməyəcəksən, evdə oturacaqsan. Qadın bir də gözünü açır ki, illər keçib, yoldaşı cəmiyyətlə ayaqlaşır, bu geridə qalıb. Beləcə, ər-arvad arasında qısqanclıq yenidən başlayır. Əvvəlki ailələr uzunömürlü olurdu. Çünki ər qoyunu aparırdı dağa, axşam evinə qayıdırdı. Arvad bilirdi ki, ər gedib dağda qoyun otarmağa. İndiki kişilər arvadının yanında oturub, telefonla başqasıyla yazışır".