Dünya şöhrətli aktrisa Ancelina Colinin əri Bred Pittdən boşanmaq üçün ərizə yazması onun psixoloji durumuna ciddi təsir edib.
Unikal.org xəbər verir ki, Pittin yaxınlarının "US Magazineə verdiyi məlumata görə, hazırda qohumları və dostları aktyorun psixo-emosional vəziyyətindən, depressiv durumundan olduqca narahatdırlar. Onlar bildirir ki, Bred Pitt ailəsinin bu hala düşməyinə inanmaq istəmir və uşaqların müvəqqəti də olsa Colidə qalmasına görə üzülür:
"Hazırda o çox pis vəziyyətdədir, sadəcə uşaqlarına görə ayaqda durmağa çalışır. Demək olar ki, bütün gün anası ilə ünsiyyətdədir. Pitt məsələnin tez bir zamanda yoluna düşməyi üçün Colinin tələb etdiyi hər şeyin icrasına hazırdır.
Aktyorun yaxınları əlavə ediblər ki, bütün hadisələr qəfildən baş verdiyindən Pitt yaxşı vəkil belə tuta bilməyib: "Coli daha əvvəl boşanmış bir qadın kimi bu prosedurları bilirdi, amma Pitt inanmırdı ki, bu izdivac da eyni sonluqla bitəcək.