İran prezidenti
Həsən Ruhani Vyetnam prezidentinin dəvəti ilə sentyabrın 5-də Hanoya səfər edəcək.
Unikal.org APA-ya istinadən xəbər verir ki, səfər zamanı iki ölkənin
prezidentləri Həsən Ruhani və Çan Dai Quangın iştirakı ilə keçiriləcək geniş tərkibli
görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi
yolları müzakirə ediləcək.
İkigünlük səfər
çərçivəsində İran və Vyetnam arasında bir neçə əməkdaşlıq sənədinin
imzalanacağı gözlənilir. Prezident Ruhanini Vyetnama səfərdə İranın özəl
sektorunu təmsil edən böyük nümayəndə
heyəti müşayiət edir.
Qeyd edək ki,
Vyetnam prezidenti 14 mart 2016-cı ildə
prezident Ruhaninin dəvəti ilə İranda səfərdə olub.
İki ölkənin
ticarət dövriyyəsi 2015-ci ildə 107 milyon dollar təşkil edib.